Bərdədə bir ay əvvəl piyadanı vurub qaçan sürücü saxlanılıb

Bərdədə bir ay əvvəl piyadanı vurub qaçan sürücü saxlanılıb
# 10 may 2019 12:35 (UTC +04:00)

Bərdə rayonunda qəza yerindən yayınan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 8-də X.Əsədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “QAZel” markalı avtomobilin sürücüsü, Bərdə şəhər sakini N.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR