Goranboyda 4 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb

Goranboyda 4 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb
# 05 avqust 2019 11:48 (UTC +04:00)

Avqustun 1 də Goranboyda baş verən ağır yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb. APA-nın yerli bürosunun məlumatına görə, avqustun 1-də “VAZ-2106” markalı maşınla “Mercedes ML” markalı avtomobilin toqquşması nəticəsində ağır xəsarət alan Goranboy rayon Qazanbulaq kənd sakini, 55 yaşlı Ruslan Məmmədov müalicə aldıəğı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, məlum hadisə avqustun 1-də Bakı-Qazax magistral yolunun Dəlməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR