Sənaye və istehsal sektorunun kreditləşməsi 50%-dən çox artıb

Sənaye və istehsal sektorunun kreditləşməsi 50%-dən çox artıb
# 02 may 2020 12:08 (UTC +04:00)

2020-ci ilin aprel ayının 1-nə sənaye və istehsal sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 380,4 mln. manat və ya 50,8% artaraq 1 129,2 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, sənaye və istehsal sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 6,2 mln. manat və ya 0,5% azalıb.

Sözügedən sektorunun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,2% təşkil edib ki, bu da aylıq müqayisədə dəyişməz olaraq qalıb, illik müqayisədə isə 1,5 faiz bəndi çoxalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR