Deputat MM-in iclasının gündəliyindəki məsələlərin çoxluğundan narazılıq edib

Deputat MM-in iclasının gündəliyindəki məsələlərin çoxluğundan narazılıq edib
# 01 may 2020 18:03 (UTC +04:00)

“Növbəti iclasların gündəliyinə daha az məsələlər salınmalıdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, normalda 1 saat yarım işlədikdən sonra insanlar yorulur və ən azından kofe fasiləsinə çıxırlar: “Amma artıq biz 2 saat işləmişik”.

Spiker Sahibə Qafarova isə bildirib ki, koronavirusla əlaqədar iclasın gündəliyinə belə çox məsələ daxil edilir: “Biz tez-tez iclaslara gəlməmək üçün belə edirik”.

Millət vəkili İmamverdi İsmayılov bildirib ki, deputatlar bir az qısa çıxış etsələr, iclaslar tez bitər.

Spiker isə cavabında bildirib ki, hamı deputatdır və danışmaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR