Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında" 2019-cu il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.