Bakının ticarət dövriyyəsi 5% artıb

Bakının ticarət dövriyyəsi 5% artıb
# 01 aprel 2020 10:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2% artaraq 3 249,9 mln. manat olub.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% artaraq 1 535,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1% artaraq 1 714,3 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 34%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR