İyunun 1-də Dəmir yolu xəstəxanasında pediatriya baxışı pulsuz olacaq

İyunun 1-də Dəmir yolu xəstəxanasında pediatriya baxışı pulsuz olacaq
# 30 may 2019 13:21 (UTC +04:00)

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.

Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR