“Neftçi”nin səfər oyunu canlı yayımlanacaq, “Səbail”in ev matçı başqa kanala verilib

“Neftçi”nin səfər oyunu canlı yayımlanacaq, “Səbail”in ev matçı başqa kanala verilib
# 09 iyul 2019 13:22 (UTC +04:00)

Bakının "Neftçi" klubunun Avropa Liqasında keçirəcəyi ilk oyun canlı yayımlanacaq.

APA-nın məlumatına görə, paytaxt təmsilçisinin I təsnifat mərhələsinin "Speranta" ilə Moldovadakı görüşü “CBC Sport”la nümayiş olunacaq.

İyulun 11-də baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüş Kişinyovun “Zimbru” stadionunda keçiriləcək.

“Speranta” – “Neftçi” oyununun canlı yayımlanmasına görə həmin gün saat 20:00-da start götürəcək "Səbail" - "Universitatya Krayova" görüşü “CBC İnternational”da nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR