Abşeronda daha bir kişini maşın vurub, vəziyyəti ağırdı

Abşeronda daha bir kişini maşın vurub, vəziyyəti ağırdı
# 27 iyul 2019 01:41 (UTC +04:00)

Xocasən yolunda piyadanın vurulması ilə yol qəzası baş verib.

APA xəbər verir ki, minik avtomobili 1975-ci il təvəllüdlü Səlimov Rizvan Müslüm oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR