Xarici bankların filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək

 Xarici bankların filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək
# 31 iyul 2019 17:22 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən xarici bankların filialları Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə sərəncam imzaladığı “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

İndiyə qədər banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir. Bundan sonra banklar və xarici bankların yerli filialları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR