“Son həftədə hər gün 7 minə qədər test icra olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, testlərin 2,4 faizi müsbət çıxıb: “Testlərdə müsbət nəticələrin payı 0,3-0,5 faizdən 2,4 faizə qədər yüksəlib. Ötən həftə testlərdə müsbət nəticə 2,9 faizə yüksəlmişdi”.