Eldəniz Quliyev Milli Şuradan istefa verib

Eldəniz Quliyev Milli Şuradan istefa verib
# 14 may 2020 23:59 (UTC +04:00)

Milli Şuranın üzvü Eldəniz Quliyev qurumdan istefa verdiyini açıqlayıb.

APA-nın məlumatına görə, o bu barədə özünün "Facebook" səhifəsində yazıb.

E.Quliyev qeyd edib: "Təəssüf hissi ilə qeyd edirəm ki, bu andan etibarən Milli Şurayla yollarımız ayrılır və bu səbəbdən MŞ-dən istefa verirəm".

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev cinsi azlıqlara qarşı təhqiredici və alçaldıcı ifadələr işlətmişdi. Dünən isə Milli Şuranın onlayn konfransında qurumun digər üzvləri Gültəkin Hacıbəyli və Rafiq Manaflı da onu dəstəkləyən çıxış ediblər və cinsi azlıqlara qarşı dözümsüz münasibət göstərilməsi ilə bağlı çağırışlar səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR