Paytaxtda yerləşən avtoyuma məntəqələrinin birindən avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 25-də Bakı şəhər sakini F.Həsənov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün saat 9 radələrində rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “Audi” markalı avtomobili qaçırılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Ə.Abbasov Biləcəri qəsəbəsi ərazisində avtomobillə birlikdə saxlanılıb.
Fakla bağlı araşdırma aparılır.