Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi “Nissan” və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.