Qazaxıstanda avtoqəza zamanı 9 nəfər ölüb

Qazaxıstanda avtoqəza zamanı 9 nəfər ölüb
# 13 may 2019 08:13 (UTC +04:00)

Qazaxıstanın Alma-Ata vilayətindəki avtomagistral yolda baş vermiş ağır yol qəzası nəticəsində 9 nəfər ölüb.

ONA-nın “Life”a istinadən verdiyi xəbərə görə, bu barədə regional polis idarəsinin yaydığı məlumatda deyilir.

Məlumata görə, “Lada” və “Toyota” markalı avtomobillərin iştirakı ilə baş vermiş avtoqəza avtomagistralın 109-cu kilometrliyində qeydə alınıb.

“9 nəfər ölüb, onlardan üçü qadındır. Şəxsiyyətləri müəyyən edilib. Ölənlər Alma-Ata, Şımkənd və Turkestan sakinləridir”, - məlumatda belə deyilir.

Bildirilir ki, “Lada”nın sürücüsü idarəetməni itirib və digər avtomobilin yoluna çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR