Dövlət başçısının tapşırıqları əsasında reabilitasiya və sosial xidmət infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verolən məlumata görə, görülən işlər çərçivəsində nazirliyin Göygöl və Şamaxı rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri aparılır. Hər iki müəssisədə yaşayış və stasionar şəraitdə sosial xidmətlərin təşkili, habelə reabilitasiya yönümlü tədbirlərin görülməsi üçün müasir şərait yaradılır.
Qeyd edilən sosial müəssisələrin əsaslı təmir və yenidənqurmadan sonra bu il istifadəyə verilməsi nəzərdə tutulur.