Mayın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,91% – 23,664.64 bəndədək, S&P 500 indeksi 0,70% – 2,848.42 bəndədək enib, Nasdaq indeksi isə 0,51% – 8,854.39 bəndədək yüksəlib.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 6-da FTSE 100 indeksi 0,07% – 5,853.76 bəndədək yüksəlib, Fransa CAC-40 indeksi 1,11% – 4,433.38 bəndədək, Almaniya DAX-ı isə 1,15% – 10,606.20 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,57% azalaraq 1 689,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,4% azalaraq 1,0793 dollar təşkil edib.