Əfqanıstan XİN başçısının xüsusi köməkçisi hücuma məruz qalıb

Əfqanıstan XİN başçısının xüsusi köməkçisi hücuma məruz qalıb
# 15 may 2020 14:09 (UTC +04:00)

Əfqanıstan Xarici İşlər nazirinin xüsusi köməkçisi hücuma məruz qalıb.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, XİN başçısı Məhəmməd Hanif Atmarın xüsusi köməkçisi Mutiullah Abdulrahimzayi mayın 14-ü saat 22:30-da paytaxtı Kabilin 8-ci rayonunda yaşadığı binanın yaxınlığında terrorçuların hücumuna məruz qalıb.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

XİN başçısının xüsusi köməkçisinin həkimlərin nəzarəti altında olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hücumla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR