Əfqanıstan Xarici İşlər nazirinin xüsusi köməkçisi hücuma məruz qalıb.
APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, XİN başçısı Məhəmməd Hanif Atmarın xüsusi köməkçisi Mutiullah Abdulrahimzayi mayın 14-ü saat 22:30-da paytaxtı Kabilin 8-ci rayonunda yaşadığı binanın yaxınlığında terrorçuların hücumuna məruz qalıb.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
XİN başçısının xüsusi köməkçisinin həkimlərin nəzarəti altında olduğu bildirilib.
Hüquq-mühafizə orqanları hücumla bağlı araşdırma aparır.