Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, 7-ci mikrorayon ərazisində 2003-cü il təvəllüdlü İlkin Əlyarov Kamran oğlu peşə kollecinin həyətində naməlum şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun 5 bıçaq yarası aldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.