Martın 6-da Sumqayıt şəhəri 4-cü mikroayonda yerləşən mənzildə meyiti tapılan 1997-ci il təvəllüdlü Əliyeva Günay Rza qızının öldürüldüyü məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, ilkin araşdırmalar zamanı G.Əliyevanın boğularaq öldürüldüyü təsdiqlənib. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Hadisənin digər təfərrüatları araşdırılır.