Azərbaycanda yanvar-aprel aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38,8 mln. ton yük, 457,3 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 8,7% və 16,8% azalma qeydə alınıb.
Məlumata əsasən, sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
“Hesabat dövrü yük dövriyyəsi 8,6%, sərnişin dövriyyəsi isə 16,8% azalıb”, - məlumatda qeyd edilir.