Prezident İlham Əliyev Şəmkirdə avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Şəmkirdə avtomobil yolunun açılışında iştirak edib
# 03 mart 2020 17:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirilib ki, ümumi uzunluğu 15 kilometr olan bu yol 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa olunub. Yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı, sakinlərin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir.

Saleh Məmmədov Goranboy və Şəmkir rayonlarının ərazisindəki yolların yenidən qurulması ilə bağlı görülən işlər barədə də dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev işlərin keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR