“Sabah” Türkiyədən məğlubiyyətlə qayıdır

“Sabah” Türkiyədən məğlubiyyətlə qayıdır
# 05 avqust 2019 20:09 (UTC +04:00)

Bakının “Sabah” klubu Türkiyədəki təlim-məşq toplanışında sonuncu yoxlama görüşünü keçirib.

APA-nın məlumatına görə, Elşad Əhmədovun yetirmələri yerli "Gənclərbirliyi" ilə qarşılaşıblar.

Superliqa təmsilçisi ilə oyunda 6 qol vurulub. Türkiyəlilər İlhan Cavcav bazasında baş tutan matçda 4:2 hesabı ilə qalib gəliblər. Təmsilçimizin qollarına Təmkin Xəlilzadə və Emil Qasımov imza atıb.

Qeyd edək ki, bakılılar bunadək "Konkordiya"ya (Rumıniya) 1:2 hesabı ilə uduzub, "Kəmərspor"u (Türkiyə) eyni hesabla məğlub edib, ardınca“Əl-Şəhaniyə”yə (Qətər) qalib gəliblər - 3:2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR