İsmayıllıda 25 yaşlı qız dərmandan zəhərlənib

İsmayıllıda 25 yaşlı qız dərmandan zəhərlənib
# 08 iyul 2019 11:05 (UTC +04:00)

İsmayıllı rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun İvanovka kəndində 1994-cü il təvəllüdlü İsayeva Günay Natiq qızı müalicə məqsədilə qəbul etdiyi dərmandan həddən artıq, 10 ədəd içib və halı pisləşib.

Zəhərləndiyi ehtimal olunan Günay İsayeva təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onun vəziyyəti yaxşılaşıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR