İtaliyanın mədəni irslərə nəzarət şurasının komissiyası “San-Siro” (Cüzeppe Meatsa) stadionu ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Milan şəhərindəki idman qurğusu şəhərin tarixi mədəni əmlakı statusu almayıb.
Komissiya bunu onunla izah edib ki, DÇ-1990 üçün aparılan yenidənqurma işlərindən sonra 1925-ci ildə inşa olunan stadionun tarixi arxitekturasının çox cüzi hissəsi saxlanılıb. Qurumun fikrincə, arena daim yenidənqurma işləri ilə təzələnirsə mədəni irs obyekti sayıla bilməz.
Bu isə o deməkdir ki, “Milan” və “İnter” klublarının ev oyunlarını keçirdiyi “San-Siro” stadionu yeni arenanın tikintisi üçün sökülə bilər. Hərçənd şəhər rəhbərliyi köhnə idman qurğusunu da saxlamaq niyyətində idi.