Bakıda mənzildən 14 min manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.
Araşdırma aparılır.