FHN 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” günü keçirib - FOTOSESSİYA

FHN 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” günü keçirib - FOTOSESSİYA
# 31 may 2019 18:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə əlaqə idarəsi FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə Səbail rayon DYMH-də 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Açıq qapı” günü keçirib.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tədbirdə Bakı şəhərində fəaliyyət göstərən məktəb və uşaq bağçalarının bir qrup şagirdi iştirak edib. Uşaqlara yanğından mühafizə Hissəsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə tanış olublar.

“Açıq qapı” günü 1 iyun tarixinədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR