BNA: Pandemiya dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib, amma rəsmiləşdirilməyib

BNA: Pandemiya dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib, amma rəsmiləşdirilməyib
# 04 may 2020 18:21 (UTC +04:00)

“Bakı Nəqliyyat Agentliyinin əsas vəzifəsi nəqliyyat vasitələrini cərimələmək deyil. Əsas məqsəd tıxac və nəqliyyat axınının fasiləsizliyini təmin etməkdir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, Pandemiya dövründə 48295 nəqliyyat vasitəsində qayda pozuntusu qeydə alınıb : "Amma pandemiya dövrü olduğuna görə onlarla bağlı cərimələr rəsmiləşdirilməyib. Bəzi nəqliyyat vasitələrinin xaotik şəkildə yol kənarında dayanması və yaxud ikizolaqlı yolun bir zolağını zəbt etməsi avtobusların hərəkətinə ciddi təsir. Bunun nəticəsində də biz istəmədən artıq məcburi halda cərimələri bərpa etməli olduq. Amma cərimənin konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Yəni nəqliyyat sıxlığı olmayan yerdə cərimə tətbiqi gec olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR