AMB bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir

AMB bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir
# 26 iyul 2019 15:58 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə inflyasiyanın 4%-dən çox olmayacağını gözləyir. "APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna Azərbaycanda inflyasiyanın 4±2% çərçivəsində olacağı proqnozlaşdırılır.

"Ümid edirik, biz inflyasiya göstəricisini lövbərləşdirə biləcəyik", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin bildirib ki, göstərici artarsa, müvafiq tədbirlər həyata keçiriləcək.

ABM-ın sədri əlavə edib ki, monetar siyasətə həsr olunmuş axırıncı toplantısından sonra mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınıb, qiymətlərin ümumi səviyyəsi iyunda 0,5% aşağı düşüb. 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən aşağıda olmaqla 2,9% təşkil edib.

E. Rüstəmovun sözlərinə gözlərinə görə, inflyasiya səviyyəsinə başlıca təsiri ərzaq qiymətlərinin artımı (4,3%) göstərir. Tərəvəz məhsullarının, aksizli malların qiymət artımları ərzaq inflyasiyasının səviyyəsini şərtləndirən başlıca amillərdir. Qeyri-ərzaq (1,3%) və xidmətlər üzrə illik qiymət artımı (2,3%) inflyasiya hədəfi diapozonunun mərkəzindən aşağıda formalaşmışdır.

“Məcmu tələbin genişlənməsi şəraitində anti-inflyasiya monetar şərait, habelə ikitərəfli və çoxtərəfli məzənnələrin dinamikası inflyasiya təzyiqini səngidir”, -deyə AMB-ın sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR