BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 30 iyul 2019 17:50 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105014754, 25 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96,4540 AZN (10,0000%) və 101,4102 AZN (7,2300%) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,9679 (7,4700%), orta ölçülmüş qiyməti 101,1628 (7,3641%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 79 118 500 manat, yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci ilin iyulun 27-dir.

Hərrac iştirakçıları 31 iyul 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR