İsgəndər Həmidov əməliyyat olunmaq üçün xaricə aparılıb

İsgəndər Həmidov əməliyyat olunmaq üçün xaricə aparılıb
# 20 may 2019 16:18 (UTC +04:00)

Dünən axşam saatlarında Azərbaycanın sabiq saxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatı İdarə Heyətinin üzvü İsgəndər Həmidovun səhhəti qəfildən pisləşib.

ONA-nın məlumatına görə, bu barədə İsgəndər Həmidovun köməkçisi məlumat verib.

O bildirib ki, İ. Həmidov şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib: “Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılması məqsədəuyğun sayılıb”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ONA-ya bildirib ki, İsgəndər Həmidovun səhhəti ilə əlaqədar vəziyyəti öyrənmək üçün ona dəfələrlə telefon zəngi etsə də, əlaqə saxlamaq mümkün olmayıb: “Amma mənə bildirdilər ki, İsgəndər bəy əməliyyat edilməsi üçün xaricə aparılıb”.

Xatırladaq ki, ötən il dekabrın 4-də anidən vəziyyəti pisləşən İsgəndər Həmidov 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR