Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinə rəsmi səfəri başlayıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində R. T. Ərdoğan paytaxt Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Türkiyə Prezidenti bildirib ki, ölkəsi ilə Çin arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial mövcuddur. R. T. Ərdoğan vurğulayıb ki, Çinlə əməkdaşlıq Türkiyə üçün strateji önəm daşıyır.
S. Cinpin qeyd edib ki, görüş iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək. Çin Xalq Respublikasının Sədri bildirib ki, Türkiyə Prezidenti ilə bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.