Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Bilgəhdə dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
# 16 iyul 2019 12:58 (UTC +04:00)

İyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, İ. Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*****

saat 11:11

Dənizdə batan 32 yaşlı şəxsin axtarışı davam edir.

APA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir.

Bildirilib ki, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR