Rusiya paytaxtında son sutka ərzində 59 nəfər koronavirusdan ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılan Əməliyyat Qərargahının məlumatında bildirilib.
Beləliklə, paytaxtda yeni virusdan ölənlərin ümumi sayı 3029-a çatıb.
Qeyd edək ki, Moskvada bir gün əvvəl 51 ölüm qeydə alınmışdı.