Zaqatalada baş verən yol qəzasında sürücü ağır xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında sürücü ağır xəsarət alıb
# 07 iyul 2019 00:21 (UTC +04:00)


Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Rayonun Bəhmətli kənd sakini, 1993-cü il təvəllüdlü Muxtar İlqar oğlu Durmuşov idarəetdiyi minik avtomobili ilə rayon mərkəzindən Qax rayonu istiqamətində hərəkətdə olarkən yol qəzasına düşüb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Durmuşov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Durmuşova qapalı kəllə-beyn travması xəsarəti
qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır. Onun vəziyyətinin
ağır olduğu bildirirlir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR