Bəxtiyar Aslanbəyli: "BP-nin Xəzər dənizində butün layihələri cədvələ uyğun yerinə yetirilir"

Bəxtiyar Aslanbəyli: "BP-nin Xəzər dənizində butün layihələri cədvələ uyğun yerinə yetirilir"
# 11 iyun 2020 19:11 (UTC +04:00)

BP-nin Xəzər dənizində bütün layihələri cədvələ uyğun yerinə yetirilir.

APA-Economics”in məlumatına görə, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "COVID-19 dövründə enerji məsələləri” mövzusunda keçirilən vebinarda bildirib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikinti cədvəli dəyişə bilər, amma birinci neft hasilatı dəyişməz olaraq 2023-cü ildə gözlənilir.

B. Aslanbəyli qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda hazırda kəşfiyyat quyusu qazılır və işin bu ilin sonuna başa çatdırılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR