İtaliyada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi mayın 3-dək uzadılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bildirib.
Həmçinin idman naziri Vinçentso Spadafora ümid edir ki, mayın 4-dən etibarən bütün idmançılar məşqlərə başlaya biləcəklər. Nazir Milli Olimpiya və Paralimpiya Komitəsinə, eyni zamanda bütün federasiyalara bu barədə göstəriş verib: "Xahişim budur ki, mayın 4-dən etibarən məşqlərin bərpa edilməsi ilə bağlı hazırlıqları görəsiniz. Ümid edirik ki, həmin vaxta qədər vəziyyət yaxşılığa doğru dəyişər".
Qeyd edək ki, İtaliyada martın 9-dan karantin elan olunub. A seriyası isə 26-cı turdan sonra dayandırılıb.