Rusiya paytaxtında koronavirus testi müsbət nəticələnmiş daha 47 xəstə dünyasını dəyişib, bununla da şəhər ərazisində virusdan ölənlərin ümumi sayı 658 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, ölən xəstələrin hamısı başqa xəstəliklərdən də əziyyət çəkirmiş.
Qeyd edək ki, Rusiyada son 24 saatda 7099 nəfər koronavirusa yoluxub, yoluxanların ümumilikdə sayı 106 498 nəfər təşkil edir. İndiyədək ölkədə 1073 nəfər eyni diaqnozdan ölüb, 11 619 nəfərsə sağalıb.