Karantin rejim qaydalarının təmin olunması məqsədilə Sabirabad Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayon ərazisində polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını təmin etmək üçün rayon ərazisində 7 stasionar post qurulub. Xüsusi karantin rejimi tətbiq olunan andan bu günə kimi rejimi pozan 8 nəfərin işi məhkəməyə göndərilib, onlardan 3-ü Məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Rayon sakinlərindən xüsusi karantin rejimi qaydalarını pozan 280 nəfər, o cümlədən 142 sürücü və 18 iaşə obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq cərimə edilib.