İyunun 12-də Amerika fond bazarında Dow Jones indeksi 1,90% – 25,605.54 bəndədək, S&P 500 indeksi 1,31% – 3,041.31 bəndədək, Nasdaq indeksi isə 1,01% – 9,588.81 bəndədək artıb.
"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 11-də FTSE 100 indeksi 0,47% – 6,105.18 bəndədək, Fransa CAC-40 indeksi 0,49% – 4,839.26 bəndədək, Almaniya DAX-ı isə 0.18% – 11,949.28 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,18% artaraq 1 737,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,38% azalaraq 1,1256 dollar təşkil edib.