"Azərenerji"nin balansındakı stansiyaların gücü 6,3 min MVt-ı üstələyib

"Azərenerji"nin balansındakı stansiyaların gücü 6,3 min MVt-ı üstələyib
# 06 may 2019 16:31 (UTC +04:00)

"Azərenerji" ASC-nin balansında olan elektrik stansiyalarının ümumi gücü 6 313,46 MVt-dan artıqdır.

"Azərenerji"dən ONA-ya verilən məlumata görə, ASC-nin balansında olan ən boyuk enerji obyekti "Azərbaycan" İES-dir.

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan, 8 enerji blokundan ibarət, ümumi gücü 2 400 MVt olan "Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verilib.

Ümumiyyətlə, ASC-nin balansında 14 istilik (ümumi gücü 5 150 MVt), 12 su və 7 kiçik su elektrik stansiyası var.

Yüksək gərginlikli ötürmə şəbəkəsinə 110, 220, 330 və 500 kV gərginlikli yarımstansiyalar və ötürmə xətləri aiddir. Yüksək gərginlikli ötürmə xətlərinin ümumi uzunluğu 7 600 km-dən artıqdır.

Qeyd ki, ASC-nin ümumi gücü 16,97 min MVt olan 93 yarımstansiyası var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR