Gürcüstan Milli Bankı bu gün keçirilən valyuta hərracında 40 mln. ABŞ dolları satıb.
APA-nın yerli bürosunun Gürcüstan Milli Bankına istinadən verdiyi məlumata görə, hərracda 1 dolların orta ölçülmüş məzənnəsi 3,1915 lari olub.
Qeyd edək ki, bu, Milli Bankın bu il həyata keçirdiyi beşinci valyuta müdaxiləsidir. Larinin amortizasiyasını dayandırmaq məqsədi ilə mərkəzi bank artıq 2020-ci ildə 160 mln. dollar valyuta ehtiyatını satmalı olub.