Şəmkirdə arvadını və qayınanasını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Şəmkirdə arvadını və qayınanasını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb
# 01 iyul 2019 10:19 (UTC +04:00)

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və qayınanasını öldürməyə cəhddə ittiham edilən Elnar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 10-a təyin edilib.

Qeyd edək ki, hadisə fevralın 14-də Şəmkir rayonu Kür qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Elnar Cəfərov aralarında yaranmış mübahisə nəticəsində həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı mətbəxdən götürdüyü çapacaqla vuraraq öldürməyə cəhd edib. Qonşuların səs-küyə hadisə yerinə gəlməsi nəticəsində E.Cəfərov onları öldürə bilməyib.

Şəmkir rayon Prokurorluğunda E.Cəfərova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR