“Qəbələ”nin sabiq qapıçısı “Çernomorets”in məşqlərinə qoşulub

“Qəbələ”nin sabiq qapıçısı “Çernomorets”in məşqlərinə qoşulub
# 02 iyul 2019 16:13 (UTC +04:00)

“Qəbələ” futbol klubunun sabiq qapıçısı Dmitri Bezotosnı özünə yeni komanda tapıb.

APA-nın məlumatına görə, ukraynalı qolkiper karyerasını vətənində davam etdirməyə yaxındır.

Belə ki, D.Bezotosnı “Çernomorets”in hazırlıqlarına qoşulub. Odessa təmsilçisinin məşqlərinə qatılan 36 yaşlı qapıçının klubla müqavilə imzalayacağı gözlənilir.

D.Bezotosnı əvvəllər də “Çernomorets”də çıxış edib. O, 2011-14-cü illərdə bu klubun formasını geyinib.

Qeyd edək ki, 2015-ci ildən “Qəbələ”də çıxış edən qapıçı bu ilin yayında “qırmızı-qaralar”la yollarını ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR