Bakı klubunda yeni məşqçi təyinatları olub

Bakı klubunda yeni məşqçi təyinatları olub
# 03 iyul 2019 13:25 (UTC +04:00)

Bakının “Sabah” futbol klubunun məşqçilər heyətində dəyişikliklər olub.

Komandadan APA-ya verilən məlumata görə, Elşad Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusunda yeni təyinatlar rəsmiləşib.

Ukraynalı mütəxəssis Pavel Sirenko fiziki hazırlıq üzrə məşqçi təyin olunub. Gənc çalışdırıcı Aleksandr Qross isə köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR