Gəncə hadisələrində şəhid olan polislərin anım mərasimi keçirilib

Gəncə hadisələrində şəhid olan polislərin anım mərasimi keçirilib
# 11 iyul 2019 11:34 (UTC +04:00)

Gəncədə 2018-ci ildə baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun anım mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri, Gəncə şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov, İcra başçısı Niyazi Bayramov, şəhid polislərin ailə üzvləri, şəhər ictimaiyyəti, polis əməkdaşları iştirak ediblər.

Şəhid polislərin qəbri üzərinə əkil və gül dəstələri qoyulub, yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı silahlı qəsd hadisəsindən sonra, iyul ayının 10-da şəhər meydanında baş vermiş iğtişaş zamanı polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olublar.

Hər iki polis əməkdaşı Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR