Goranboy sakini tövlədə ölü tapılıb

Goranboy sakini tövlədə ölü tapılıb
# 13 iyul 2019 23:17 (UTC +04:00)

Goranboy sakininin meyiti tövlədə aşkarlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy şəhəri Qasım İsmayılov küçəsindəki fərdi təsərrüfatlardan birində qeydə alınıb.

Belə ki, doğmaları 1963-cü il təvəllüdlü Məmmədov Ələddin Yusif oğlunu axtararkən onu tövlədə huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılan həkim briqadası isə onun öldüyünü müəyyən edib. Qəfil ölümün səbəbi məlum olmasa da, Ə.Məmmədovun ürək tutmasından öldüyü güman edilir. Ailəsi isə mərhumun meyitinin məhkəmə tibb ekspertizasına götürülməsinə razılıq verməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR