SOCAR: "Abşeron" yatağında quyunun istismar lüləsinin qazılmasına başlanılıb

SOCAR: "Abşeron" yatağında quyunun istismar lüləsinin qazılmasına başlanılıb
# 30 may 2019 11:37 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında qazılan quyunun istismar lüləsinin qazılmasına başlanılıb, eyni zamanda infrastrukturun qurulması işləri icra edilir. ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, karbohidrogen ehtiyatları 350 mlrd. kubmetr qaz, 45 mln. ton kondensat həcmində qiymətləndirilən “Abşeron” yatağında “Heydər Əliyev” yarımdalma qazma qurğusu vasitəsilə kəşfiyyat-istismar quyusu qazılır.

"Quyunun kəşfiyyat lüləsi 7 411 metr dərinliyə qədər qazılaraq, yatağın ehtiyat potensialının yüksək olduğunu aşkara çıxarıb”, - deyə Rövnəq Abdullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR