“Android” əməliyyat sistemi üzərində işləyən smartfon və planşetlərdə ciddi boşluq aşkarlanıb.
“APA-Economics” “Cnews”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Center for Internet Security” (CIS) təşkilatı yayıb.
Məlumatda bildirilir ki, bu boşluq hakerlərə cihazlara nəzarəti ələ keçirməyə imkan verir. Belə ki, cihaz sahibinin xəbəri olmadan hakerlər kodun icrasını uzaqdan idarə edə, proqram qura, faylları silə, məlumatları dəyişdirə və tam giriş hüququ olan hesablar yarada bilir.
Artıq “Google” şirkəti tərəfindən boşluğun aradan qaldırması üçün yeniləmə paketi təqdim edilib, lakin bu o demək deyil ki, bütün “Android” cihazları avtomatik qorunur. “Google” bu yeniləmələri yalnız öz smartfonları üçün yayımlayıb. Yeniləmə həmçinin “Samsung” tərəfindən də yayımlanır, lakin bu, “Samsung”un yalnız flaqman modellərinə aiddir.